XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

07 Fevral 2017 - 16:56

Daha bir azərbaycanlı iş adamı oğurlandı –Ukraynada

ukrayna-2

Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb.

Belə ki, 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.

Bir müddət sonra E. İsgəndərov qohumlarının səyi nəticəsində pul müqabilində azad olunub(APA).

Xatırladaq ki, son bir neçə ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları faktları aşkarlanıb. Bununla bağlı ötən ilin sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər, erməni əsilli nazir Arsen Avakovu baş verənlərlə bağlı ittiham ediblər. Bunun ardınca Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukrayna baş prokurorluğu bununla bağlı ölçü götürəcəyini açıqlasa da, indiyədək heç bir cinayət işi açılmayıb, araşdırma aparılmayıb.