XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 17:12

Gömrükdə yoxlama –Ölkəyə gətirilən 29 min zəli aşkarlandı

astara-gomruk-2

 Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsində İran vətəndaşı Zahedi Qulamrza Əbülfəzl oğlunun idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı keçirilib. 

Strateq.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtobusun yük yerində olan yataq dəstinin arasındakı qara rəngli əl çantasının və avtobusun arxa hissəsində, mühərrikin yan tərəfində 2 ədəd plastik materialdan olan vedrənin içərisində gömrük nəzarətindən gizlədilən 31 ədəd parça torbada «Hirudo medicinolis» növ zəlilər aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən «Hirudo medicinolis» növ zəlilərin ümumi sayının 29000 ədəd olduğu müəyyən edilib.

Aşkar edilən zəlilər saxlanılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həmin zəlilərin bioloji mühafizəsi təmin edilib. Münasib şərait yaradıldıqdan sonra, qeyd edilən zəlilər Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə təbiətə qaytarılacaq.

Faktla bağlı araşdırma aparılır.