XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 08:50

Bakıda daha bir kriminal avtoritet həbs edildi
Bakıda “Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritet həbs edilib.

Bu barədə Suraxanı rayon Polis İdarəsindən APA-ya bildirlib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Polisdən həmçinin bildirilib ki, S. Aslanov dəfələrlə məhkumluq həyata yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub. S.Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.