XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 15:16

Akif Çovdarovun məhkəməsi:şahidlər dindirilib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Kürdəmir rayonunda yerləşən "Xatirə" restoranı epizodu üzrə şahidlər dindirilib.

Şahid qismində hazırda Kürdəmir Rayon Bələdiyyəsinin sədri vəzifəsində çalışan Nofəl Qasımov ifadə verib.

O bildirib ki, 2000-ci ildən sonra həmin restoran işləməyib: "Həmin ərazidə olan torpaq ərazisini Şeyman İmanova qeyri-rəsmi şəkildə icarəyə vermişdik. Özümüz o ərazini ona vermişdik ki, qonşu rayonların heyvanları kəndin əkin sahələrinə girməsin".

Daha sonra Kürdəmir Rayon İcra Şöbəsinin əməkdaşı Hikmət Quliyev dindirilib. O deyib ki, 2008-ci ildə "RAF-2006" MMC və zərərçəkmiş Şehman İmanovun məhkəmə çəkişməsindən sonra iddiaçı tərəf həmin restorana yol açılması ilə bağlı çıxarılmış qətnaməni almağa gəlməyib: "Hətta borclu tərəf Fəttah Seyidov gəldi ki, yol açılıb, gəlsinlər qətnaməni götürsünlər. Biz onları axtardıq, bildiriş göndərdik. Buna baxmayaraq, tələbkar icra şöbəsinə gəlmədi".

Zərərçəkmiş Ş.İmanov vəkillərin suallarını cavablandırarkən qeyd edib ki, həmin restoranın yanında olan torpaq ərazisində pambıq əkib, heyvan saxlayıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.