XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 11:28

Lənkəranda 3 oğru dəstəsi saxlanılıb –Oğrulardan dördü uşaqdır

oqru

Lənkəranda oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 3 dəstənin üzvləri saxlanılıb. Onlar ötən ilin oktyabr ayından başlayaraq rayon ərazisində müxtəlif vaxtlarda külli miqdarda oğurluq etməkdə təqsirli bilinirlər.

Polis Şöbəsindən bildirilib ki, oğru dəstələri vətəndaşların evlərindən və ticarət şəbəkələrindən ən azı 20 min manat dəyərində nağd pul, məişət əşyaları, mobil telefonlar, maşın ehtiyat hissələri, ərzaq məhsulları, geyim malları oğurlayıb.

Saxlanılanların 4-nün yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.

 Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi başlanıb. (APA)