XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 21:17

Abşeron rayonunda partlayış:iki nəfər xəsarət alıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində yaşayan Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, hadisə nəticəsində dağıntı olmayıb, evin 20 kvadratmetri yanıb. Ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.