XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 20:29

Dağıstanda saxlanılan azərbaycanlılar buraxıldı –Səfirlikdən açıqlama

hebs

Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, guya Dağıstan Respublikasının Federal miqrasiya xidməti İdarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılıb.

Səfirlikdən verilən məlumata gorə, məsələ ilə əlaqədar Azərbaycan Rusiyadakı səfirliyi Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.

Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.

Bu gün saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan vətəndaşı belə yoxdur. /APA