XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 20:09

Bakıda ağır yol qəzası:“KamAz”ın əyləci tutmadı, maşınları əzdi

Bir neçə dəqiqə bundan əvvəl Bakının əsas küçələrindən biri olan Ziya Bunyadovda üzü "Koroğlu" metrostansiyasına gedən istiqamətdəki tuneldə zəncirvarı qəza baş verib.

Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “KamAz” markalı yük avtomobili əylənc sisteminin işləmədiyinə görə, bir neçə maşına çırpılıb. Nəticədə yolda tıxac olub. Təxminən 7-8 avtomobilin əzildiyi bildirilir. 

Qeyd edək ki, hadisə yerinə DYP-nin əməkdaşları gəlib. Detallar dəqiqləşdirilir.