XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 10:55

Olimpiya çempionunun adı ilə müdhiş cinayətlər törədilib

Bakıda quldurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə saxlanılıb.

Strateq.az Report-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlu saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən, metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq məqsədi ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Hələlik onların bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

O da bildirilib ki, bu şəxlərin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Xəzər RPİ-nə müraciət edə bilərlər.

Qeyd edək ki, Məmmədəli Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.