XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 20:50

Pakistanda xüsusi əməliyyat –100-dən çox silahlı məhv edildi

hindistan-pakistan

Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.

“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, – məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb. /APA