Strateq.az xəbər verir ki, ötən gün qeydə alınmış 101 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə,Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Ölkənin avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər tutulub.