XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 12:10

“Bu müharibədə qalib olmayacaq” –Qəzzafinin qardaşı

qezzafinin-qardasi

"Qərb üçün əsas məsələ Müəmmər Qəzzafi və Səddam Hüseynin hakimiyyətdən getməsi demək deyildi".

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin qardaşı Əhməd Qəzzafi əd-Dam söyləyib.

“Əgər onlar özlərinin dediyi kimi, Qəzzafi və Səddam Hüseynin başını istəyirdilərsə, o zaman niyə indiyə qədər bu mənasız savaşları aparırlar? Bu müharibədə qalib olmayacaq. Qəzzafi tarixçi və inqilabçıydı. O, Yaxın Şərqə olan təhdidlərlə bağlı informasiyalara sahib idi. Qəzzafi belə təhdidlər haqqında 80-ci illərdə xəbərdarlıq etmişdi. Təəssüf ki, indi onun dedikləri Yaxın Şərqdə bir-bir reallaşır”, – deyə, o, bildirib. /Axar.az