XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2017 - 19:15

Partiya sədri haqda məhkəmə qərarı –Səlahəddin Dəmirtaşa 5 ay cəza verildi

demirtash-esas

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib.

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S.Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP-nin digər həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün onun millət vəkili statusunu itirdiyi açıqlanıb. F.Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.