XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 11:04

Avtomobildən aksiz markasız 10 600 ədədsiqaret çıxdı

gomruk

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi "VAZ-21074" markalı, "90 CM 062" dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb.

Avtomobilə baxış zamanı yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan cəmi 10 600 ədəd – "M1", "Manchester", "Royal", "Bıstoon" və "De Santıs" adlı siqaretlər aşkar edilərək götürülüb.