XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 18:32

Sübahir Qurbanovun vəsatəti təmin edilmədi –Həbsdəki general ittihamı rədd edir

mtn-2

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə S. Qurbanovun vəkilləri tərəfindən onun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsinə dair verilən vəsatətlə bağlı məhkəmə qərarı elan edilib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra istintaqının başlandığı elan edilib.

Dövlət ittihamçısı ittiham aktının S. Qurbanovla bağlı hissəsini elan edib. S. Qurbanov isə özünü təqsirli bilməyib.

Proses martın 2-də davam edəcək.

APA