XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 13:05

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın- operator döyüldü

Tovuz rayonunda sürücü yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Daxili İşlər Nazirliyindən "Trend"ə verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.