XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 14:55

Bir gündə 105 cinayət faktı:40-nın üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 105 cinayət faktından 40-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Ölkənin avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər tutulub.