XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 16:54

Bakıda əməliyyat:istifadəyə yararsız spirtli içki istehsal edənlər saxlanıldı

Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində respublikanın daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində fakt təsdiqini tapıb. Nəticədə Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayev ilə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyənləşdirilib.

Sexə baxış zamanı külli miqdarda saxta “Beluga”, “Stoliçnaya”, “Absolut”, “Nemiroff”, “Russkiy Standart”, “Moskovskaya”, “Russkiy Kalibr”, “Kremlin” “Banketnaya”, “Zolotoe Koltso” araqları, “Jack Daniels” və “Chivas Regal” viskiləri, keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıq aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakıda və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Lakin Baş İdarə əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin istintaq şöbəsinə göndərilib.