XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 13:39

Gömrükdə 22 200 siqaretmüsadirə olunub

Gömrükdə Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.