XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 21:08

“Toyota Prado” piyadanıvurub öldürdü

Göygöldə piyadanı avtomobil vuraraq öldürüb.

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.