XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2017 - 21:20

Mağazadan pul, ət oğurlayanşəxslər saxlanılıb

Mağazadan pul, ət oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Fazil Nəsirova məxsus mağazadan 800 manat pul, 40 kiloqram ət və 2 ədəd tərəzi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Mixail Orfanidis və Zaur Əzizov tutulublar.

Habelə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 1-də və 14-də şəhər sakinləri Ceyhun Şirvanovun və Afaq Qurbanovanın evlərindən 800 manat dəyərində elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini Ramil Məmmədov tutulub.