XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 19:42

Şəkidə ayı 50 yaşlı kişiyə hücum elədi –Xəsarət alan şəxs xəstəxanaya yerləşdirildi

ayi

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

Hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Məlum olub ki, M.Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. /APA