XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 15:01

Rusiyada erməni iş adamları güllələnib –Təfərrüat

qetl

Rusiyada iki nəfər Ermənistan vətəndaşı güllələnib.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Krasnodar vilayətinin Armavir şəhərində baş verib.

Qətlə yetirilən şəxslər iş adamları olub. Onların meyitləri çoxmərtəbəli binanın liftində tapılıb.

Öldürülənlərdən birinin 51 yaşı olub və onun həmin binada yaşayıb. Ondan yaşca kiçik olan ikinci şəxsin kimliyi məlum deyil. Onların topdan satış ticarətlə məşğul olduğu deyilir.

Ölən şəxsin qonşuları bildiriblər ki, bir müddət əvvəl iş adamı yeni məhsul almaq üçün böyük məbləğdə pul alıb.

Faktla bağlı cinayət işi açılıb.