XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 17:43

Piyadanı vurub qaçan sürücü saxlanıldı –Baş Prokurorluq

Baş Prokurorluq

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü həbs olunub.

Bu barədə Strateq.az-a Baş Prokiurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-da saat 01 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada Abışov Rüstəm Qardaş oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb:

"Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Astra” markalı, 99-DB-469 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Əliyev Cahid Rizvan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Cahid Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir".