XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 18:42

General Natavan Mirvətova da özünü təqsirli bilmir –"MTN işi" üzrə məhkəmə prosesi

natavan-murvetova

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Natavan Mirvətova və digər təqsirləndirilən şəxslərlə bağlı ittiham aktını elan edib.

İttiham aktının elan olunması başa çatıb. Onlar ittihama münasibət bildirən zaman özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses martın 14-də davam edəcək.