XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2017 - 12:12

Keçmiş “OMON”çuların kassasiya şikayəti təmin edilmədi –Məhkəmə qərarı

mehkeme

Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətinə baxılıb.

Məhkəmə şikayətləri təmin etməyib.

Şikayətdə onların ömürlük cəzalarının 20 illik cəza ilə əvəz olunması istənilmişdi.

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.

Həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilmədiyindən onlar kassasiya şikayəti veriblər. /APA