XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 15:25

Ötən gün 7 nəfər tonqaldaxəsarət alıb

Ötən gün Bakıda 7 nəfər bayram tonqallarında yanıq xəsarəti alıb.

Respublika Yanıq Mərkəzinin şöbə müdiri Həmzə Əzizbəyov Lent.az-a bildirib ki, İlaxır çərşənbəsi axşamı yanıq mərkəzinə 7 nəfər gətirilib. Onlardan 6-sı uşaq, biri isə 73 yaşlı kişi olub.

H.Əzizbəyov əlavə edib ki, yanıq xəsarəti alan uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: “ Onların yanıq xəsarətləri cüzi olub. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir. Durumu stabildir".