XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2017 - 16:59

Elektrik sayğaclarına qanunsuz müdaxilə edənlər barəsindəaraşdırma aparılır

"Azərişıq" ASC ayrı-ayrı vətəndaşlar tərəfindən xarici ölkələrdən gətirilən müxtəlif maqnitlərdən istifadə olunaraq elektrik sayğaclarına qanunsuz yolla müdaxilə edilməklə dövlətə məxsus elektrik enerjisinin talandığı, həmin halların qarşısının alınması üçün köməklik göstərilməsi barədə Dövlət Gömrük Komitəsinə müraciət edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin müraciətə əsasən görülən tədbirlər nəticəsində Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişləri bölməsində gömrük nəzarəti zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən sifariş edilən maqnitlər aşkar edilərək saxlanılıb.

Ümumilikdə 20 fakt üzrə 25 maqnit aşkar edilib.