XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 17:31

Gömrükdə əməliyyat- Diş məcununda gizlədilən psixotrop maddə çıxdı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

Baxış zamanı, çantanın ön cibindəki diş məcununun içərisində 4 ədəd bükümdə, cəmi 39 ədəd buprenorfin adlı həb aşkar olunub.

Xatırladaq ki, buprenorfin adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və 39 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,078 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.