XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 06:55

Mikayıl Mirzənin qardaşı oğlunu güllələyən yaxalandı
Ağsu rayonunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, martın 28-də Ağsu rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər sakini Ramiz Ələkbərov martın 30-da axşam saatlarında rayon polis şöbəsinə gələrək könüllü olaraq təslim olub və törətdiyi cinayət əməllərini etiraf edib.
E. Sultanov həmçinin bildirib ki, Ramiz Ələkbərov iş üzrə şübhəli şəxs qismində tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Ramiz Ələkbərov əvvəllər də məhkumluq həayatı yaşayıb.
Qeyd edək ki, martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib. öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib. Sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib(Anspress).
Qeyd edək ki, qətlə yetirilən M.Mirzəliyev Azərbaycanın xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.