XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2017 - 18:20

Rusiyadan Azərbaycana gəmi ilə siqaret gətirmək istəyən qaçaqmalçılar yaxalandı – FOTOFOTO

siqaret

Qaçaqmalçıların Rusiyadan Azərbaycana gəmi ilə külli miqdarda siqaret gətirməsi cəhdinin qarşısı alınıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Dərbəndin cənub-şərqində Azərbaycan istiqamətdə hərəkət edən “Bayda” tipli kiçik gəmi aşkar ediblər.

Sərhədçilər gəmini saxlamaq istəsə də, qaçaqmalçılar aradan çıxmaq istəyiblər. Gəmi izlənib və qaçaqmalçılar gəmidə olan qutuları dənizə atıblar. Qutularda aksiz markası olmayan 3 min blok “NZ gold compact” siqareti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. /APA