İlkin məlumata görə, insidentə məşqçilər – MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb. /APA