XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2017 - 22:18

Beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb –Banqladeşdə terror

Banqladeşin paytaxtı Dəkkədə, beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident aeroportun polis məntəqəsi qarşısında qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.