XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 13:41

Qadın alt paltarında narkotika keçirmək istədi –Gömrükdə əməliyyat

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı, xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.