XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2017 - 18:44

“Hər hansı zərər çəkməmişəm” –MTN işi üzrə zərərçəkən istintaqa verdiyi ifadəni təsdiqləmədi

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Vəkil Azər Tağıyevin APA-ya verdiyi məlumata görə, iclasda zərərçəkmiş şəxslərdən Mübariz Paşayev ifadə verib.

Mübariz Paşayev ifadəsində bildirib ki, hər hansı zərər çəkməyib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyib. Bildirib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb.

Məhkəmə prosesi martın 30-da davam edəcək.