XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 11:24

Kürdəmirdə 53 yaşlı kişiintihar etdi

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Bu barədə "Trend"ə Kürdəmir rayon prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.