XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 21:09

Qusarda 84 yaşlı kişiintihar edib

Qusar rayonunda 84 yaşlı kişi intihar edib.  

Qusar Rayon Prokurorluğundan "Report"un Şimal bürosuna verilən məlumata görə, Yasab kəndinin sakini Mövliddin Şərifov bu gün səhər saatlarında yaşadığı evin həyətində talvardan özünü kəndirlə asıb.

Onun evdə tək yaşadığı, intihar etməzdən əvvəl ölümündə heç kimin günahının olmadığı barədə məktub yazdığı bildirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.