XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 10:30

“İndiyədək gördüyümüz dəhşətdən özümüzə gələ bilmirik” –Sabirabad polisindən 7 yaşlı uşağın qətli haqda açıqlama

Sabirabad rayonunda 7 yaşlı uşağın vəhşicəsinə öldürülməsi yalnız sıravi vətəndaşları deyil, həmçinin yüzlərlə, minlərlə cinayətlər görmüş hüquq-mühafizə orqanlarının əməkdaşlarını da şoka salıb.

Sonuncular "Sputnik Azərbaycan"ın müxbiri ilə söhbətində Azərbaycanda ölüm hökmünün olmamasına heyfsləndiklərini, “bəzi insanların yaşamağa haqqı olmadığını” bildiriblər. 

Sabirabad rayon Polis İdarəsindən Sputnik-ə bildirildiyinə görə, qətldə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məmmədov Röyal Şakir oğlu saxlanılıb və o, dindirmədə hadisəni necə törətdiyini danışıb.

Cinayət martın 28-nə keçən gecə rayonun Ulacalı kəndində törədilib. Röyal Məmmədov öz oğlunu, 2010-cu il təvəllüdlü Röyamı qətlə yetirib. Əvvəllər üç dəfə mühakimə olunmuş Röyal Məmmədov həbsxanadan yenicə çıxaraq evinə qayıdıb. Həbsxanadan qayıtmış Röyal həyat yoldaşını xəyanətdə günahlandırıb və Röyamın başqa kişidən olduğunu iddia edib.

"Bu zəmində Röyalla həyat yoldaşı arasında münaqişə yaranıb və Məmmədov dəfələrlə həyat yoldaşını və uşağı öldürməklə hədələyib. Sonuncu mübahisə zamanı o həyat yoldaşını öldürmək istəyib, lakin qadın onun əlindən qurtularaq qaçıb" – polisdən bildiriblər.

Dindirmə zamanı Məmmədov bildirib ki, gecə o çəkic götürərək uşağı evdən aralıdakı daxmaya aparıb. Orada o, uşağı qətlə yetirib.

Röyal uşağın başın çəkiclə 7 zərbə endirib. Sonra Məmmədov polisə zəng edərək cinayəti etiraf edib.

"İndiyədək gördüyümüz dəhşətdən özümüzə gələ bilmirik. Uşağı belə vəhşicəsinə öldürmək…" – polislər bildiriblər.