XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 15:49

Şəmkirdə silahlı insident –İki nəfər güllələnib, vəziyyətləri ağırdır

Şəmkir rayonunda silahlı insident olub.

Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib. Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.

Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. /Report.az