XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2017 - 17:17

Daha bir yazar intihar etdi –Rizvan Axundov özünü asıb

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

Bakipost.az xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.

Ailəlidir, bir övladı var.