XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 11:43

Gömrükdə əməliyyat:28 min ədəd siqaret müsadirə olundu

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.