XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 17:35

DİN Bakıda vəzifəli polislərin işdən çıxarılmasınamünasibət bildirib

Daxili İşlər Nazirliyinin Bakıda vəzifəli polislərin işdən çıxarılmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"a açıqlamasında bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. O qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

Belə ki, "İntizam Nizamnaməsi"nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar – Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.