XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 17:54

Qanunsuz yolla mobil telefonların və siqaretlərin gətirilməsi cəhdininqarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd “NZ Gold Compact”, avtomobilin tibb çantasının içərisindən 5 qutu “Belomorkanal” markalı siqaret, qabaq oturacaqların arasından isə 9 ədəd “Samsung Galaxsy J1 mini” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.