XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 18:33

Kür çayında 6 gün əvvəl batmış şəxsinmeyiti tapılıb

Altı gün əvvəl Kür çayında batmış Neftçala sakininin meyiti bu gün tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən ərazidə olan istifadəsiz gəminin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə martın 27-də axşam saatlarında Kür çayının deltasından təxminən bir kilometr aralıda baş verib. Nəticədə Bankə qəsəbə sakini, 41 yaşlı İsmayıl Şamil oğlu Həsənov Kür çayında batıb. “Azərenerji”yə məxsus dibdərinləşdirmə üçün nəzərdə tutulmuş, hazırda istifadəsiz qalmış “İnam” gəmisindən çaya sərxoş vəziyyətdə tor atmaq istəyən balıqçı yıxılaraq gəminin altına düşərək boğulub.