XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 20:14

“Nissan” divara çırpıldı- Yaralanan var

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı maşında olan 1994-cü il təvəllüdlü Yusifov Qəzənfər müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.