XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 10:38

Gömrükdə dollar əməliyyatı –Açıqlama

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Strateq.az DGK-ya istiandən bildirir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Dubay aviareysilə getmək istəyən Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 500 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 50 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.