XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 18:32

Maşallah Əhmədov 128 min manatı tapdı və şikayətçi ilə anlaşdı –Məhkəmə prosesi

Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov barəsində olan 4 şikayət epizodu üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyib.

Məhkəmə prosesində Maşallah Əhmədov ifadə verib. O, dəymiş ziyanı ödəməyə hazır olduğunu deyib.

Bildirək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Maşallah Əhmədov 128 min borcun sadəcə 50 minini ödəyə biləcəyini deyirdi. Zərərçəkmiş tərəf isə razılaşmırdı.

"Yusif müəllimə sual verirəm ki, o, hardan alırdı 128 min manatı? Biz birgə İrandan qranit daş gətirmişdik. Bütün xərcləri də Yusif Əzizov ödədi. Mən ancaq yol xərclərini – 5500 manat ödədim. Daşı satanda Yusif dedi ki, ucuz qiymətə verirsən. Sonra daşı ona təhvil verdim. Mənim Yusifə borcum yoxdur. O, yalan danışır" – deyə M.Əhmədov bildirib.

 

Prosesdə zərərçəkmiş şəxs – Yusif Əzizov da ifadə verib. O, bildirib ki, M.Əhmədov pulunu ödəsə, şikayətini geri götürəcək.

Növbəti məhkəmə prosesi aprelin 11-də olacaq.

Qeyd edək ki, M.Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, M.Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.