XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 09:57

Sabirabadda qatar minik avtomobili ilə toqquşub- 2 nəfər ölüb

Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:55-də başa çatıb.