XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 22:16

Peterburqdakı terrorla bağlı 6 nəfər həbs edilib –Adlar açıqlandı

Peterburqda metroda törədilən terror aktı ilə əlaqədar 6 nəfər həbs edilib.

Bu barədə Sankt-Peterburqun Nevskiy rayon məhkəməsi bu gün qərar çıxarıb.

Bunlar Seyfula Xakimov, İbrahimjon Yermatov, Dilmurod Muidinov, Bəhram Yerqaşev, Azamjon Mahmudov, Məhəmmədyusuf Mirzalimov, Şohistə Kərimova və Sodiq Ortikovdur.

Saxlanılanların evlərinə baxış zamanı “Ploşad Vosstaniya” stansiyasında aşkarlanan partlayıcı qurğu ilə analoji partlayıcı qurğu aşkarlanıb. 

Xatırladaq ki,  Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

APA