XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 13:55

Dubaydan Bakıya gətirdiyi qızılı aeroportdankeçirə bilmədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb.

Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.

Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.